Ana Sayfa > Dünya > Yaponiyada qasırğa nəticəsində 36 nəfər xəsarət alıb

Yaponiyada qasırğa nəticəsində 36 nəfər xəsarət alıb


7-09-2020, 09:03. Yazar: sevinc1
Yaponiyada qasırğa nəticəsində 36 nəfər xəsarət alıb


Yaponiyanın cənub-qərbində "Hayşen" adı verilən qasırğa formalaşıb.

Trend-in "REN TV"yə istinadən verdiyi məlumata görə, qasırğa nəticəsində 36 nəfər xəsarət alıb. Ən çox Naqasaki, Kaqosima və Kumamoto prefekturalarında xəsarət alan var.

Məlumata əsasən, güclü külək təxminən 440 min yaşayış evini elektrik enerjisiz qoyub.

Bildirilir ki, təxminən 800 min nəfərə yaşadığı yeri tərk edib müvəqqəti təxliyə mərkəzlərində yerləşmək tövsiyə edilib.

aia.az
Geri dön