Ana Sayfa > Manşet / Ölkə > Cəlilabad Məhkəməsinin işçisinə qarşı "narkoman" ittihamı, o isə "Mən narkoman deyiləm" deyir - ŞİKAYƏT (AÇIQLAMA)

Cəlilabad Məhkəməsinin işçisinə qarşı "narkoman" ittihamı, o isə "Mən narkoman deyiləm" deyir - ŞİKAYƏT (AÇIQLAMA)


6-09-2020, 18:29. Yazar: admin
Cəlilabad Məhkəməsinin işçisinə qarşı "narkoman" ittihamı, o isə "Mən narkoman deyiləm" deyir - ŞİKAYƏT (AÇIQLAMA)


Cəlilabad rayonu Abışabad kənd sakini Rəhim Həsənov rayon Məhkəməsinin baş məsləhətçisi Coşqun Natiq oğlu Səlifova qarşı ittiham səsləndirir.

AİA.AZ-a müraciət edən R.Həsənov məhkəmə işçisini narkoman olduğunu və rüşvət müqabilində saxta qətnamələr çıxartdığı deyir:

"Cəlilabad rayon Məhkəməsinin baş məsləhətçisi Coşqun Natiq oğlu Səlifov narkomandır. Hüquq mühafizə orqanlarından xahiş etmişəm ki, onun qanı yoxlanılsın. Bu adam böyük pullar alaraq məhkəmədən işlər keçirir və həmin pulları narkotikə sərf edir. Əvəzində sadə insanların başı ağrıyır və problemlərlə üzləşir.

Rayon sakini Həsənov Şahin ilə bizim aramızda mülki məhkəmə prosesi olub, 16 yanvar 2020-ci ildə qətnamə çıxarılıb. Dövlət orqanlarından xahiş etmişəm ki, həmin iş yoxlanılsın.İddiaçı Həsənov Şahin Cəlilabad rayon Məhkəməsinin baş məsləhətçisi Coşqun Səlifova 4 000 manat rüşvət verərək həmin qətnamənin çıxarılmasına nail olmuşdur".

Rəhim Həsənov Coşqun Səlifovu Cəlilabad Məhkəməsinin "boz kardinalı" sayılmasını bildirir:

"Coşqun Səlifov Cəlilabad Məhkəməsinin “boz kardinalı” sayılır. Bu adam narkomandır. Bu yaxınlarda Cəlilabad Polisi onun maşınını qovaraq tutdu və maşınından narkotik çıxdı. Bunu rayonda hamı bilir. Coşqun narkotiklə tutulanda Prişibdə (indiki Göytəpə) onun yaxın qohumları tərəfindən 10 min manat pul toplandı. Həmin pulun kimə verilməsi müəmmalı qalsın, amma Coşqun işdən çıxarılmadı, öz vəzifəsində saxlanıldı. Məhkəmənin sədri Vüsal Cəbrayılov Coşqunu işdən çıxarmadı, çünki ondan qorxur. Coşqun həm də başqa məqsədlər üçün lazımdır.Ən bahalı və riskli qərarlar Coşqun Səlifovun əli ilə həyata keçirilir. Coşqun Səlifov Cəlilabad Məhkəməsinin qara kassiridir".

AİA.AZ olaraq qarşı tərəfin də mövqeyini öyrəndik. Cəlilabad rayon Məhkəməsinin baş məsləhətçisi Coşqun Natiq oğlu Səlifov belə bir rayon sakini tanımadığını bildirdi. C.Səlifov məsələyə belə aydınlıq gətirdi:

"Tamamı ilə yalnış məlumatdır. Rəhbərlik mənim və ümumiyyətlə ittiham ilə bağlı araşdırma aparır. Mən Həsənov Rəhim adlı vətəndaşı tanımıram. Ədliyyə Nazirliyinə də mənimlə bağlı şikayət daxil olub və onların göstərişi ilə iş açılacaq. Prokuraturadan araşdırma aparılacaq və mən ekspertizaya gedəcəm. Əgər belə bir hal baş versə, onda işdən azad edəcəklər və mənim barəmdə cinayət işi açıla bilər. Yox əgər qanımda narkotik çıxmasa, onda həmin vətəndaşa qarşı şikayət edəcəm ki, mənəvi zərərin ödənilməsi barədə məhkəmə tərəfindən qanun tətbiq olunacaq".

AIA.Az
Geri dön