Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Bir yumruqla arvadını öldürdü - Bakıda

Bir yumruqla arvadını öldürdü - Bakıda


25-03-2016, 12:39. Yazar: admin


Bakıda qətl törədilib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Yasin Mikayılov ailə münaqişəsi zəminində həyat yoldaşı Samirə Mikayılovaya yumruq vuraraq öldürüb.

Y.Mikayılov tutulub. Faktla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Geri dön