Ana Sayfa > Gündəm / Aia TV / Karusel > Dəyişir dünyanın əvvəlki halı

Dəyişir dünyanın əvvəlki halı


24-03-2016, 17:31. Yazar: admin
Dəyişir dünyanın əvvəlki halı
Dəyişir dünyanın əvvəlki halı. Dəyişən dünyamız böyük bir səhnəni xatırladır. Faciələrin daha çox yer aldığı bir səhnəyə bu faciələrə baxış da müxtəlifdir, baxış bucağı da. Terror günahsız insanların kütləvi qırğınıdır. Günümüzün reallığı belədir. Hər gün baş verən terror hadisələri barədə eşidirik.

Brüsseldə törədilmiş partlayışda Avropa yox, az qala dünya yasa qərq olmuşdu. Ən adi bir misal: Dubayda Bürc-Əl-Xələf qülləsi gecə vaxtlarında Brüssel terroru ilə əlaqədar Belçika bayraqlarına sarılmışdı. Deyəsən ki, xristian ölkəsidir. Dubay Əmirinə demək lazımdır ki, Türkiyədə az qala hər gün terrordur, şəhid xəbəridir, bəs onda niyə Türkiyə fəryadını eşitmirsiniz?

İndi Belçika prokurorluğu belə deyir ki, bu aeroport partlayışını İŞID ya da PKK törədib. Suriya qaçqınlarının Avropaya keçməməsi üçün Türkiyəyə bu bir jestdir, yoxsa İslamafobiya amili?

Haqq- ədalətin güclülərin tərəfində olduğu Brüssel terrorunda bir daha görünür. Parisdə baş verən terror hadisələri zamanı bizim ölkədə feyzbuk istifadəçilərin az qala yarsı Fransa üçün yas tutmuşdu. Yaxşı olardı ki, Dubaydakı Bürc-əl-Xələf Suriya , Türkiyə, İraqdakı terrorda İslam bayrağına bürünsünlər. Avropa da artıq anlamalıdır ki, kinayə ilə baxdıqları Türkiyə, Suriya, İraqda baş verən terrordan onlar sığortalanmayıblar. Avropanın göbəyində olan Belçika , Fransa kimi ölkələr artıq terror qarşısında acizdir.

Şirxanlı Rövşən
Geri dön