Ana Sayfa > Karusel / İqtisadiyyat > Moldova Azərbaycan qazına çıxış əldə edə bilər
Moldova Azərbaycan qazına çıxış əldə edə bilər3-09-2020, 09:09. Yazar: sevinc1 |
Moldova Trans-Adriatik qaz kəmərinə (TAP) Ungenı-Kişinyov kəməri vasitəsilə qoşulmaqla Azərbaycan qazına çıxış əldə edə bilər. Trend-in məlumatına görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) vitse-prezidenti Alen Pillu deyib. Qeyd olunub ki, 120 kilometr uzunluğunda Ungenı-Kişinyov qaz kəməri yaxın zamanlarda istifadəyə veriləcək və Rumıniya ilə Moldovanın qaz-nəqliyyat sisteminin birləşməsini başa çatdıracaq. Ungenı-Kişinyov qaz kəməri təxminən 90 faiz qaz idxalından asılı olan Moldovaya enerji mənbələrini şaxələndirməyə imkan verəcək. aia.az Geri dön |