Ana Sayfa > Qərbi Azərbaycan > Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? -
Tibbi maskalar, yoxsa qoruyucu ekranlı müdafiə vasitələri? -3-09-2020, 09:07. Yazar: sevinc1 |
Amerikalı alimlər klapanlı və müdafiə ekranı olan maskaların effektivliyini yoxlamaq üçün tədqiqatlar aparıblar. Gazeta.ru-nun məlumatına görə, eksperimentin nəticələri “Physics of Fluids” portalında dərc olunub. Tədqiqatlar zamanı mütəxəssislər müəyyən ediblər ki, nəfəs verilərkən ağızdan çıxan damcılar və aerozol qoruyucu ekranın sərhədi boyu maneəsiz hərəkət edir. Vaxt keçdikcə onlar əvvəlki konsentrasiyada olmasa da, ətraf mühitdə yayılırlar. Beləliklə, bu maskaların effektsizliyi müəyyən olunub. Qeyd edək ki, bundan əvvəl alimlər adi cərrahi maskaların respirator xəstəlikləri qıcıqlandırıcılarının, o cümlədən koronavirusun yayılmasını yavaşlatdığını müəyyən etmişdilər. Ona görə alimlər adi tibbi maskadan istifadəyə çağırıblar. aia.az Geri dön |