Ana Sayfa > Manşet / Gündəm > İşdən çıxan şöbə müdiri: "Karantin ərəfəsində dincəlmək lazımdır"

İşdən çıxan şöbə müdiri: "Karantin ərəfəsində dincəlmək lazımdır"


2-09-2020, 15:01. Yazar: sevinc1
İşdən çıxan şöbə müdiri: "Karantin ərəfəsində dincəlmək lazımdır"





Bu gün belə bir xəbər yayılıb ki, təhsil naziri Emin Əmrullayev Bərdə Rayon Təhsil Şöbəsinin müdiri Rzaqulu Şərifov və Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynovun əmək müqaviləsinə xitam verib.

Aia.az-ın müxbiri bu xəbərin nə dərəcədə əsaslı olduğuna aydınlıq gətirmək üçün iki təhsil şöbə müdiri ilə əlaqə saxlayıb.
Bərdə Rayon Təhsil Şöbəsi ilə əlaqə saxlasa da, hər hansı məlumatı əldə edə bilməyib.

Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov işdən çıxması xəbəri təstiqləyib:
"Xəbər doğrudur. 65 yaşa çatdığım üçün əmək müqaviləsinə xitam vermişəm. Mənimlə bağlanmış əmək müqaviləsinin növbəti müddətə uzadılması məqsədəmüvafiq hesab etmirəm. Hal-hazırda karantin ərəfəsində dincəlmək lazımdır".


Elton Hacıyev
aia.az

Geri dön