Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin tarixi açıqlandı
Rusiyada koronavirusa qarşı kütləvi peyvəndləmənin tarixi açıqlandı1-09-2020, 08:38. Yazar: sevinc1 |
Rusiyada ilk dəfə sentyabrda risk qrupundan olan insanlar, xüsusilə həkimlər və müəllimlər peyvənd ediləcəklər. TASS Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun açıqlamasına istinadla xəbər verir ki, bu ilin noyabr-dekabr aylarından sonra kütləvi peyvəndləmə planlaşdırılır. Muraşkonun sözlərinə görə, dərmanın qeydiyyatdan sonrakı tədqiqatları bu həftə başlayacaq: “Bu tədqiqatlar bütün nüansları, detalları izləməyimizə imkan verəcək. Peyvəndin təsirli, təhlükəsiz olduğunu görürük, amma daha da ətraflı araşdırma aparmaq istəyirik. Müxtəlif patologiyaları, bəzi özəllikləri olan xəstələrə rast gəlirik”. aia.az Geri dön |