Ana Sayfa > Parlament > 4-ü həbs edildi, 12-si cərimələndi
4-ü həbs edildi, 12-si cərimələndi30-08-2020, 17:45. Yazar: admin |
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları xidmət aparan zaman Ağcabədi şəhəri ərazisində yerləşən N. Abbaslıya məxsus evdə bir qrup şəxsin toplaşaraq "Aşura" mərasimini keçirməyə cəhd etməsini aşkarlayıblar. DİN-in Mətbuat Xidmətindən AİA.Az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb. Ev yiyəsi və orada olan digər 15 nəfər Polis Şöbəsinə gətirilib. Karantin qaydalarını pozan həmin şəxslərdən 4 nəfər inzibati qaydada həbs edilib, 12 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar. AİA.Az Geri dön |