Ana Sayfa > Gündəm > Səbinə Əliyevanın fəaliyyətinin dondurulması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil -

Səbinə Əliyevanın fəaliyyətinin dondurulması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil -


28-08-2020, 16:08. Yazar: sevinc1
Səbinə Əliyevanın fəaliyyətinin dondurulması ilə bağlı xəbərlər həqiqətə uyğun deyil -


Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın və onun Regional Mərkəzlərinin fəaliyyətinin dondurulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Ombudsman Aparatından bildirilib

Nəzərinizə çatdırmaq istərdik ki, Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş sələhiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir.

Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir.

aia.az
Geri dön