Ana Sayfa > Təhsil > “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsinin fəal iştirakçısı
“Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsinin fəal iştirakçısı27-08-2020, 18:08. Yazar: sevinc1 |
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə 2019-2020-ci dərs ilində ölkə üzrə ümumtəhsil məktəblərinin 9-cu və 11-ci sinif şagirdləri arasında keçirilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin final mərhələsində fəal iştirak etdiyinə görə layiq görülmüş Astara şəhər Z. Bünyadov adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əlizadə Gülnaz İlham qızı Təhsil Nazirliyi tərəfindən tərifnamə ilə təltif edilmişdir. Bununla bağlı Astara Rayon Təhsil Şöbəsində 27 avqust 2020-ci il tarixdə təqdimat keçirilmiş və təltif Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov tərəfindən qalibə təqdim olunmuşdur. Astara Rayon Təhsil Şöbəsi adından qalibi bir daha təbrik edirik. aia.az Geri dön |