Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 137 nəfər koronavirusa yoluxdu, 83 nəfər sağaldı, 2 nəfər vəfat etdi
Azərbaycanda 137 nəfər koronavirusa yoluxdu, 83 nəfər sağaldı, 2 nəfər vəfat etdi27-08-2020, 16:10. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma faktı qeydə alınıb, 83 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 844 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 364 nəfər müalicə olunaraq sağalıb, 524 nəfər vəfat edib, aktiv xəstə sayı 1 956 nəfərdir. aia.az Geri dön |