Ana Sayfa > Gündəm > Gömrüklə bağlı qərar sahibkarların vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb -

Gömrüklə bağlı qərar sahibkarların vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb -


27-08-2020, 13:27. Yazar: sevinc1
Gömrüklə bağlı qərar sahibkarların vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb -



“Dövlət Gömrük Komitəsi (DGK) ilə bağlı gedən müzakirələri izləyirəm. Hesab edirəm ki, istənilən qərar ilk növbədə araşdırmalar və mütəxəssislərin rəyi əsasında qəbul edilir”.

Bunu millət vəkili Aydın Mirzəzadə deyib. O, Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na etdiyi dəyişikliklərin birdən-birə edilmədiyini söyləyib:

“Əlbəttə, daxili bazarın inkişafı, pandemiya dövründə zərərçəkmiş sahibkarların vəziyyətinin yaxşılaşdırılması kimi bir sıra faktorlar bu qərarın qəbul olunmasında rol oynayıb. Qərar qəbul edilib və bundan sonra həmin sahədəki məsələlər sözügedən qərarla tənzimlənəcək. Bununla belə, iddia edilmir ki, hansısa qərar əbədidir və heç vaxt dəyişdirilə bilməz. Situasiyanı analiz edərək, mütəxəssislərin rəylərini nəzərə alaraq bu qərar qəbul edilib və işləməyə başlayıb. Müəyyən bir dövrdən sonra bu qərar doğrudan da proseslərə müsbət təsir edərsə və eyni zamanda problemi həll edirsə, davam edəcək. Yəni qəbul edilən qərar ilk növbədə özünü real həyatda göstərməlidir”.

Millət vəkili bildirib ki, Nazirlər Kabinetinin yeni qərarı bu gün ortada olan müəyyən problemlərin həlli üçün hesablanıb: “Sonrakı proseslər göstərəcək ki, qərar düzdür, yoxsa səhvdir. Hər halda dünya ölkələrinin hamısı bu təcrübədən istifadə edir”.

aia.az
Geri dön