Ana Sayfa > Manşet / Təhsil > Emin Əmrullayev Mətanət Misirxanovanın karantini pozmasına münasibət bildirəcəkmi?
Emin Əmrullayev Mətanət Misirxanovanın karantini pozmasına münasibət bildirəcəkmi?27-08-2020, 12:25. Yazar: sevinc1 |
Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanovanın iyul ayının 9-da qapalı yerdə çoxsaylı insanların iştirakı ilə övladına nişan mərasimi keçirməsi ilə bağlı məlumatlar foto və video ilə təsdiqini tapmasana baxmayaraq Təhsil Nazirliyindən bu günə kimi hər hansısa münasibət bildirilməyib. Baxmayaraq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində koronavirus infeksiyasının sürətlə yayılmasının qarşısını almaq məqsədilə tətbiq etdiyi xüsusi rejimin həyata keçirilməsi Təhsil Nazirliyinində vəzifəsidir. Məlum olduğu kimi Nazirlər Kabineti yanında Operativ Qərargah 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində tətbiq olunacaq bəzi sosial izolyasiya tədbirləri müəyyən etdi. Həmin tədbirlərin sırasında dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi, bütün toy məclislərinin keçirilməsi qadağan edilməsi də var. Xüsusi rejim dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunması tələbi edilir. Ancaq belə görünür ki, Təhsil Nazirliyi üzərinə düşən vəzifələrini yerinə yetirməyə qadir deyil. Əks halda Təhsil Nazirliyi Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanovanın iyul ayının 9-da qapalı yerdə çoxsaylı insanların iştirakı ilə övladına nişan mərasimi keçirməsinə qiymət verərdi. Sadə vətəndaşlar isə qadağanların tətbiq olunmasındakı ayrı-seçkiliyin dövlət orqanları tərəfindən ört-basdır edilməsinin yolverilməzliyini bildirirlər. "Yeni Sözçü" qəzetinin redaksiyasına daxil olan məlumatlara görə Ağdam rayon sakinləri Prezident Adminstarsiyasına müraciət edərək Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun və Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanovanın fəaliyyətinə qiymət verilməsini tələb edirlər. . Təhsil naziri Emin Əmrullayevin Ağdam rayon Təhsil Şöbəsinin müdirəsi Mətanət Misirxanovanın Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qadağanı pozması və bununla çoxsaylı inanların koronavirus infeksiyasına yoluxmasına yaratdığı təhlükəyə münasibət bildirməlidir. Sozcu.info Geri dön |