Ana Sayfa > Manşet / Gündəm > Daxili işlər nazirindən kütləvi ixtisar:
Daxili işlər nazirindən kütləvi ixtisar:26-08-2020, 11:30. Yazar: sevinc1 |
![]() Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb. Unikal.org-un məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb. Xəbəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən təsdiqləyiblər. aia.az Geri dön |