Ana Sayfa > Gündəm > Baş Prokurorluq növbəti sual-cavab sessiyası keçirəcək
Baş Prokurorluq növbəti sual-cavab sessiyası keçirəcək26-08-2020, 10:52. Yazar: sevinc1 |
![]() Baş Prokurorluğun sosial şəbəkədə növbəti sual-cavab sessiyasının vaxtı məlum olub. Qurumun Mətbuat xidmətindən aia.az-a verilən məlumatda bildirilir ki, avqustun 21-də Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində ilk dəfə sual-cavab sessiyası keçirilib: "İctimaiyyət tərəfindən maraqla qarşılanan sessiya zamanı vətəndaşların sualları cavablandırılıb, eləcə də müraciətlər qeydə alınıb. Növbəti sual-cavab sessiyası Baş Prokurorluğun instagram sosial şəbəkəsindəki səhifəsində avqustun 28-də, saat 09:00-dan 13:00-dək keçiriləcək. Hәr bir kәs prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr". aia.az Geri dön |