Ana Sayfa > Karusel / Parlament > Bakıda saxta əskinas hazırlayan dəstə yaxalandı
Bakıda saxta əskinas hazırlayan dəstə yaxalandı26-08-2020, 09:50. Yazar: sevinc1 |
Bakıda saxta pul hazırlayan şəxslər aşkarlanıb. aia.az-ın məlumatına görə, hadisə avqustun 21-də Yasamal rayonu, B. Məcidov küçəsində yerləşən mağazada baş verib. Həmin mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əskinas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əskinas verilməsi ilə bağlı polisə məlumat daxil olub. Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar - 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev tutulub. Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X, Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əskinaslar götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. aia.az Geri dön |