Ana Sayfa > Təhsil > Şuşa Rayon Təhsil Şöbəsinin müdiri pedaqoji kollektiv ilə videokonfrans keçirib

Şuşa Rayon Təhsil Şöbəsinin müdiri pedaqoji kollektiv ilə videokonfrans keçirib


25-08-2020, 13:16. Yazar: sevinc1
Şuşa Rayon Təhsil Şöbəsinin müdiri pedaqoji kollektiv ilə videokonfrans keçirib


25 avqust 2020-ci il tarixdə Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev rayonun 8, 9 və 12 nömrəli məktəblərinin pedaqoji kollektivi ilə videokonfrans keçirib.

Videokonfransda təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və müəllimlər iştirak edib.

Təvəkkül Əliyev virtual məktəbdəki yeniliklər, növbəti tədris ilinə hazırlığın vəziyyətindən danışıb.

Eyni zamanda qeyd edib ki, Virtual dərslərin, “Virtual məktəb” layihəsi əsasında keçirilməsinin zərurətdən irəli gəldiyini nəzərə alaraq müəllimlər, sinif rəhbərləri, məktəbin rəhbərləri internet, komputerlərin və ağıllı telefonu olan ailələrin sayının artırılması məqsədilə valideynlər arasında maarifləndirmə istiqamətində işlər gücləndirilməlidir. Əlbəttə məcburiyyət qarşısında valideyni qoymaq olmaz. Ancaq təşviq etmək, məlumatlandırmaq, maarifləndirmək yolu ilə edilməlidir

Sonda videokonfrans iştirakçılarının sualları ətraflı cavablandırılıb.

aia.az





Geri dön