Ana Sayfa > Karusel / Səhiyyə > Koronavirusla bağlı

Koronavirusla bağlı


25-08-2020, 09:19. Yazar: sevinc1
Koronavirusla bağlı


Dünyada 23 812 221 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə aia.az-ın onlayn statistikasında qeyd edilir.

Virusdan 817 016 xəstə ölüb, 16 362 337 nəfər sağalıb.

Virusa yoluxma sayına görə ilk üçlükdə yer tutan dövlətlər ABŞ (5 915 630 nəfər), Braziliya (3 627 217 nəfər) və Hindistandır (3 167 323 nəfər).
Azərbaycanın sərhəd qonşularından Rusiya 961 493 yoluxma ilə dördüncüdür.

Digər qonşularımız İranda 361 150, Türkiyədə 259 692, Ermənistanda 42 825, Gürcüstanda 1 421 nəfərdə koronavirus qeydə alınıb.

Azərbaycanda koronavirus müşahidə edilən 35 426 nəfərin 33 104-ü sağalıb, 519-u ölüb.


aia.az
Geri dön