Ana Sayfa > Siyasət > Aİ-dən üzv ölkələrə maliyə dəstəyi təklifi

Aİ-dən üzv ölkələrə maliyə dəstəyi təklifi


25-08-2020, 08:25. Yazar: sevinc1
Aİ-dən üzv ölkələrə maliyə dəstəyi təklifi



Avropa İttifaqı (Aİ) Komissiyası koronavirus səbəbiylə 15 üzv ölkədəki məşğulluğun qorunması ilə bağlı SUREproqramı çərçivəsində, təxminən 81 milyard avro maliyyə dəstəyi təklif edib.

"Anadolu” agentliyi xəbər verir ki, təklif çərçivəsində İtaliya, İspaniya, Polşa, Belçika, Rumıniya, Yunanıstan və digər dövlətlərə məşğulluq proqramları üçün güzəştli şərtlərlə borc veriləcək.

COVID-19 üçün hazırlanmış məşğulluğa dəstək proqramına əsasən üzv ölkələr iqtisadiyyatlarının böyüklüyündən asılı olaraq Aİ Komissiyasına cəmi 25 milyard avro kredit zəmanəti verəcək.

Bu zəmanətlə Aİ Komissiyası kapital bazarlarından 100 milyard avro yığacaq.

Bu fondla Aİ Komissiyası üzv ölkələrə qısamüddətli iş proqramlarında və əmək haqqı dəstəyi proqramlarında istifadə üçün əlverişli şərtlərlə kreditlər verəcək.

aia.az
Geri dön