Ana Sayfa > Gündəm / Qərbi Azərbaycan > Koronavirus xəstələrinin sonrakı halı necə olur?
Koronavirus xəstələrinin sonrakı halı necə olur?23-08-2020, 13:46. Yazar: admin |
Koronavirusun birinci, böyük və güclü dalğasını keçirmiş bəşəriyyət indi də post covid dövrünə qədəm qoyur. Bu koronavirusun bitməsi demək deyil. Peyvənd hələ yoxdur, dərman yoxdur, insanlar soyuq qışa doğru gedir, immunitet pandemiyada zəfləyib, ikinci dalğa qaçılmazdır. Əlbəttə ki, oktyabr – yanvar aylarında koronavirusun da qatılacağı infeksion xəstəliklər və pnevmoniyalar dövrü kəskin olacaq, bu vəziyyət həkimləri də çaşdıracaq. Amma indiki halda postcovid dedikdə virusa yoluxmuş – istər yüngül, orta, istərsə də ağır xəstələrin xəstəlik sonrası dövrü nəzərdə tutulacaq. Çünki şəxsi təcrübəm və tibbi qruplar, dünya mənbələri, həkimlərin təcrübələrində rast gəlinən faktlar göstərir ki, bu amansız virusa yoluxmağın fəsadları sonradan üzə çıxır. Qeyd edək ki, virus testlə və ya KT ilə təsdiqləndikdən sonra xəstəlik dövrü 28 gündür. Əvvəl TƏBİB xəstələrə 28 gün çölə çıxmağa icazə vermirdi. İndi bu dövr 14 günə endirilib və bu da risklidir. Çünki 14 günə virus sağalmır. Konkret olaraq sağalma dövrü 40 gün çəkir. Əgər ikinci, üçüncü dəfə PCR test və təkrar KT olunmursa, ümumiyyətlə xəstənin bədənində virusun qalıqlarının olub-olmamasını heç kim təyin edə bilmir. 35-45 gündən sonra xəstə sanki özünə gəlir, bədəni toparlanır və bundan sonra digər simptomlar, fəsadlar yavaş-yavaş üzə çıxmağa başlayır. Medicina.az olaraq koronavirus xəstələrinin “postcovid” və asteniya deyilən vəziyyətinin əlamətlərini təqdim edirik. - Bir çox xəstələrdə dad, iybilmə itir və bu birbaşa virusun beyin, Mərkəzi sinir sisteminə təsiri ilə bağlı olduğundan 1-2-4 aya bərpa ola bilər. Elə xəstələr var, hələ də qoxubilməsi bərpa olmayıb. - Ağciyərlərdə buzlu şüşə və pnevmoniyası olanlar 40 gündən sonra çətin nəfəsalma, daralma, döş qəfəsində ağırlıq, çox və sürətli gəzəndə, hərəkət edəndə təngnəfəslik, əvvəlki gücünün olmamasını hiss edir. - Öskürək və bronxospazm- uzun müddət davam edir və xəstələr hələ də müxtəlif həkimlərin müxtəlif müalicələrini alır - Ürək-qan damar sistemində dəyişikliklər - ürəkdə nəbz pozuntusu, sıxılma, miokardın zədələnməsi, damarlarda zədələnmə, mikrotromblaşma və s. Bu daha çox 45-70 yaş arası xəstələrdə müşahidə olunur. Virus ürək əzələsini zəiflədir - Kəskin avitaminoz – xəstəlik immuniteti əldən saldığı üçün bədənin C vitamini, mineralları, B qrup vitamini, maqniy, kaliy və s. tükənir. Xəstələr virus zamanı bədəni vitaminlə yükləyir, 28 gündən sonra sağaldığını düşünüb, vitaminləri də unudur. Halbuki tükənmiş orqanizmə bundan sonra dəstək lazımdır. Bu dövrü isə heç bir həkim xəstəyə izah etmir. - Antibiotiklərdən və müxtəlif lazımlı-lazımsız dərmanların təsirindən həzm sisteminin pozulması, disbakterioz, mədədə reflüks, qıcqırmanın artması, ürəkbulanma, ishal, göbələk və s. Aylarla xəstələri narahat edir. 10 gün ağır antibiotik müalicəsi almış, normal qidalanmayan, bakterial pnevmoniya keçirmiş insanın bağırsaq florasının bərpası üçün ən azı 3-6 ay lazımdır. Əgər insan normal qidalansa, probiotik, prebiotik qəbul etsə, mikrofloranı bərpa edə bilər. Bu hallar cavanlarda da çox rast gəlinir. Həkimlər sizə probiotik yazmayıbsa, özünüz mütləq qəbul edin - Sinir, əzələ ağrıları – virus periferik, mərkəzi və vegetativ sinir sistemini zədələyir. Xəstələr çox zaman stress və müalicənin təsirindən arıqlayır. 90% koronavirus xəstələri azı 5-9 kq arıqlayır. Yataq rejimi əzələ sümük sistemini tənbəlləşdirir. Sonradan bədəndə müxtəlif ağrılar, narahatlıqlar olur. - Saçların tökülməsi – bu barədə instagramda müxtəlif məşhurlar belə paylaşım edib. Koronavirus baş beyin, qan damar sistemini zəiflətdiyi üçün və vitamin-mineral balansı tükəndiyindən saçlar tökülür. Bərpası uzun müddət çəkir - Panik atak, depressiya, təşviş pozuntusu, ölüm və boğulma xofu – daha çox xəstəxanada yatan, boğulması olan xəstələrdə olur. Panik atak isə yüngül keçirənlərdə də baş verir. Ola bilər siz təhlükəni atlatmısız, buna sevinirsiz, amma şüur, beyin, bədən həftələrlə çəkən stresi, qorxunu unutmayıb və bunu zamanla xatırladır. Gecələr və səhər tezdən panik atak tutmaları, ürəkdöyünmə, bədənə soyuq tər gəlməsi, qorxu, boğulma bu insanları təcili yardım çağırmağa məcbur edir. Sizə nevroz diaqnozu qoyacaqlar və korvalol məshələt görürlər. Ona görə də bütün koronavirus xəsrtələrinin sonradan nevroloq, psixoloq müalicəsi alması lazımdır. Nevroz, panik atak və depressiyanın ö dərmanları var. Özü keçəcəyini düşünməyin, o daha da dərinləşib, illərlə çəkə bilər - Tərləmə, saçın dibinin islanması – bir çox xəstələr gəzəndə, iş görəndə, bir az hərəkət edən kimi bədənlərinin, kürəyinin tərlədiyini, soyuq tər gəldiyini, xüsusən saçların dibinin islandığını qeyd edir. Bu virusun termorequlyasiya mərkəzini zədələməsi ilə bağlıdır. Yəni virus və ya onun qalıqları, toksinləri hələ qanda, dərialtında, toxumalarda və s. qalır. Eləcə də bir çox dərman qalıqlarını, toksinlərini orqanizm bədəndən tərləmə yolu ilə çıxarmağa çalışır. Ona görə bu simptom da bir müddət narahat edə bilər. Digər simptomlar: yuxunun pozulması, görmənin zəifləməsi, ayaqlarda damar və kapilyar torlarının çıxması, iştahsızlıq, halsızlıq, menstruasiya pozulması, qaşınma, allergik reaksiyalar, səpkilər və s. Bunlar haqqında bir çox xəstələr ətraflı qruplarda paylaşır və sübut olunub. Nə etməli: Koronavirusdan sağaldıqdan sonra, halbuki bunun baş verdiyini demək olmaz, kəskin dövrü geridə qoyduqdan sonra hər bir kəs terapevt, kardioloq, nevroloq və mütləq bir damar həkimindən müayinələrdən keçməli. Yenidən qan, sidik, qaraciyər analizləri verməlidir. Xüsusən koronavirus damarları zədələdiyi, qanı qatılaşdırıb tromb yarada bilər. Məlumdur ki, xəstələri öldürən də ağciyərlərdəki pnevmoniya yox, tromblaşmadır. Bir çox xəstələrə antikoaqulyantlar təyin edilib. Ona görə xəstələr sağaldıqdan sonra qanın laxtalanma və tromb analizini bir daha yoxladıb, yüksəlmələr varsa həkim nəzarəti ilə qandurulaşdırıcı və antikoaqulyant qəbul etməlidirlər. Xəstəlik dövründə verilən analizlər artıq keçərli deyil, vəziyyət dəyişə bilər. Xəstələr qeyd edir ki, koronadan sonra orqanizmdə sanki yaxşılaşma-pisləşmə dalğaları baş verir. Xəstə nə baş verdiyini anlamır. Bu ya immun sistemin hələ də mübarizəsi, ya xəstənin zəifləməsi, ya da yeni virusun bilmədiyimiz oyunlarıdır. Xəstələrin sonrakı dövrü barədə artıq Amerika, Avropa və Rusiya həkimləri, alimləri araşdırma aparır, məsləhətlər verir və müalicələrlə məşğul olurlar. Bizdə isə post covid dövrü hələ həkimlərin ciddi marağında deyil, lakin artıq ciddi simptomlarla klinikalara üz tutan xəstələrin sayının artdığını bildirirlər. Diqqət: koronavirus sonrakı halınız, vəziyyətiniz və simptomlarınız barədə bizim facebook səhifəmizə yazıb məlumat ala bilərsiz. Aygün Musayeva Medicina.az AİA.Az Geri dön |