Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Bu yaş qrupundan olan uşaqlar maska taxmalıdırlar
Bu yaş qrupundan olan uşaqlar maska taxmalıdırlar23-08-2020, 13:38. Yazar: admin |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNİCEF) koronavirusa qarşı tibbi maskadan istifadə ilə bağlı minimal yaş həddini açıqlayıb. AİA.Az xarici mediaya istinadən xəbər verir ki, təşkilatlar 5 yaşadək uşaqlardan maska taxmağı tələb etməməyi tövsiyə edib. “Bu, uşaqların təhlükəsizliyi və onların ümumi maraqlarına, eləcə də maskadan minimal yardımla lazımi qaydada istifadə etmək qabiliyyətinə əsaslanır”, - deyə məlumatda bildirilir. 6-11 yaş qrupundan olan uşaqlar isə olduqları yerdə virusun yayılma səviyyəsi və daşıdıqları risklərə görə maska taxmalıdırlar. 12 yaşdan yuxarı uşaqlar tibbi maskalardan istifadə etməlidir. AİA.Az Geri dön |