Ana Sayfa > Qərbi Azərbaycan > Yaqut Qarayeva:
Yaqut Qarayeva:21-08-2020, 17:41. Yazar: sevinc1 |
Yumşalmaya mərhələli getməyimiz vəziyyətə nəzarət etməklə bağlıdır. Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin şöbə müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, amma bugünki yoluxma sayında artımın olmasının sərtləşməyə səbəb olacağı barədə danışmaq tezdir: "Bu barədə mən heç nə deyə bilmərəm. Sərtləşmə barədə qərarın veriləcəyini deyə bilmərəm. Amma yoluxma sayında nisbətən artım olması yəqin ki müzakirə olunacaq, bu proseslə bağlı hansı qərar qəbul edilərsə, ictimaiyyətə məlumat veriləcək". aia.az Geri dön |