Ana Sayfa > Ölkə > Xətai rayonunun abadlaşdırılması, yolların asfaltlanması və küçələrin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir
Xətai rayonunun abadlaşdırılması, yolların asfaltlanması və küçələrin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir21-08-2020, 14:45. Yazar: sevinc1 |
Xətai rayonunun abadlaşdırılması, yolların asfaltlanması və küçələrin estetik görünüşünün yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Hazırda Sabit Orucov küçəsində yenidənqurma işləri aparılır. Sözügedən küçədə ətraf ərazinin ümumi görünüşünə xələl gətirən kommunikasiya xətləri nizamlanıb, müvafiq yerlərdə yerüstü xətlər yerin altına salınıb, işıq dirəkləri yeniləri ilə əvəz olunub və piyadaların rahat, təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol boyu bordur düzülərək yeni səkilər qurulub. Həmçinin küçədə yeni asfalt örtüyünün salınması işləri başa çatmışdır. aia.az Geri dön |