Ana Sayfa > Karusel / Cəmiyyət > Qatili “Lotu Quli”ni öldürməzdən əvvəl “hesabat” üçün onu kameraya çəkib -

Qatili “Lotu Quli”ni öldürməzdən əvvəl “hesabat” üçün onu kameraya çəkib -


20-08-2020, 16:16. Yazar: sevinc1
Qatili “Lotu Quli”ni öldürməzdən əvvəl “hesabat” üçün onu kameraya çəkib -



Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun öldürülməzdən əvvəl çəkilən görüntüləri yayılıb.

“112” “Telegram” kanalının məlumatına görə, kadrlar ona qarşı sui-qəsddən yarım saat əvvəl çəkilib.

“Muzdlu qatil Xan Bakinski qurbanının arxasında olduğu və sifarişi yerinə yetirməyə hazırlaşdığı barədə “hesabat” qismində video çəkib”, - deyə xəbərdə bildirilir.

Məlumata görə, qatil öz qurbanının otağına girib. Həmin vaxtı Nadir Səlifov kart oynayırmış. Qatil onun ənsəsindən dörd güllə atıb. Mühafizəçi muzdlu qatili yaralaya bilib.

Qeyd edək ki, kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində sui-qəsdə məruz qalıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qətldə şübhəli bilinən iki nəfər – 26 yaşlı Əmir Həmidli və 25 yaşlı Xan Zeynalov Dənizlidə saxlanılıb.


Geri dön