Ana Sayfa > Manşet / Parlament > “Lotu Quli” Türkiyədə qətlə yetirildi -
“Lotu Quli” Türkiyədə qətlə yetirildi -20-08-2020, 09:03. Yazar: sevinc1 |
Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış azərbaycanlı "qanuni oğru" Nadir Səlifov Türkiyədə qətlə yetirilib. aia.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Bildirilib ki, N.Səlifov Antalyada öldürülüb. Başından güllə yarası alan "qanuni oğru" xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qətli törətməkdə şübhəli bilinən şəxs Antalya-Dənizli şosesində saxlanılıb. İddia olunur ki, N.Səlifov öz yaxını olan Xan Əhmədlinski tərəfindən güllələnib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. aia.az Geri dön |