Ana Sayfa > Karusel / Gündəm > Kəramət Böyükçöl sərbəst buraxıldı
Kəramət Böyükçöl sərbəst buraxıldı19-08-2020, 17:32. Yazar: sevinc1 |
![]() Dünən qonşuların şikayəti əsasında kirayədə qaldığı mənzildə saxlanılıb 28-ci Polis bölməsinə aparılan gənc yazar Kəramət Böyükçöl az öncə sərbəst buraxılıb. Modern.az-ın məlumatına görə, bu barədə xəbəri yazarın atası, şair-publisist Qəşəm Nəcəfzadə bildirib. Polis şöbəsində aparılan araşdırma zamanı K.Böyükçölün əməlində cinayət motivi olmadığı müəyyənləşib. Avqustun 18-də gənc yazar Kəramət Böyükçöl hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Daxili İşlər Nazirliyinin mətbuat xidməti verilən açıqlamada Kəramət Böyükçölün qonşularının və kirayədə qaldığı mənzilin sahibinin şikayətləri əsasında saxlanıldığı bildirib. "Onun kirayədə yaşadığı binanın sakinləri və mənzilin sahibi ərazi üzrə Polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər". Qeyd edək ki, həmin vaxt Kəramətlə birgə onun mənzilində olan dostları Murad Köhnəqala və Ramil Zeynalov da saxlanılmışdı. Digər iki nəfər də sərbəst buraxılıb. aia.az Geri dön |