Ana Sayfa > Gündəm > Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 162 nəfər sağaldı, 1 nəfər vəfat etdi
Azərbaycanda 146 nəfər koronavirusa yoluxdu, 162 nəfər sağaldı, 1 nəfər vəfat etdi19-08-2020, 17:30. Yazar: sevinc1 |
![]() Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 162 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 34 620 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 363 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 747 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 359 ötən müddət ərzində isə ümumilikdə 849 628 test aparılıb. aia.az Geri dön |