Ana Sayfa > Manşet / Gündəm > İcra başçısı və müavini də saxlanıldı

İcra başçısı və müavini də saxlanıldı


19-08-2020, 15:26. Yazar: sevinc1
İcra başçısı və müavini də saxlanıldı


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.

aia.az-ın Virtualaz.org-a istinadən məlumatına görə, Ceyhun Cəfərovla birgə birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.

Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.



aia.az
Geri dön