Ana Sayfa > Cəmiyyət / Aia TV / Karusel > Terrorçuların şəklini paylaşdı: həbs olundu - FOTO

Terrorçuların şəklini paylaşdı: həbs olundu - FOTO


22-03-2016, 10:43. Yazar: admin

İstanbulda PKK-nın təbliğatını aparmaqda ittiham edilən İtaliya vətəndaşı həbs edilib.

Aia.azqafqazinfo-ya istinadən bildirir ki, 24 yaşlı Covanna Lançavekki şənbə günü axşam Türkiyəyə gəlib. O, İstanbulda kafelərin birində saxlanılıb. Məlumata görə, Lançavekki sosial şəbəkələrdə PKK xeyrinə təbliğat aparır, silahlı kürd döyüşçülərin şəkillərini paylaşırmış.

Hadisəyə münasibət bildirən İtaliya konsulluq orqanları Covanna Lançavekkinin hazırda İstanbulda əcnəbilər üçün müvəqqəti saxlanma mərkəzində olduğunu və İtaliyaya təhvil veriləcəyini deyir.

Qeyd edək ki, PKK Türkiyədə kürdlərin siyasi hüquqları və kürd muxtariyyətinin yaradılması uğrunda bu ölkənin tərkibində mübarizə aparır. Təşkilat 2002-ci ildə terrorçu təşkilatlar siyahısına daxil edilib.


Geri dön