Ana Sayfa > Media / Aia TV / Karusel > Selfi çubuğu bu dəfə insan həyatı xilas etdi – FOTO + VİDEO
Selfi çubuğu bu dəfə insan həyatı xilas etdi – FOTO + VİDEO10-07-2015, 19:31. Yazar: admin |
Atlantik okeanında. Amerikanın Texas ştatının sakini Derik Cons (Derrick Johns) 16 yaşlı qızı Erini (Erynn) selfi çubuğunun yardımı ilə xilas edib, ABC News bildirib. Aia.az Lenta-ya istinadən xəbər verir ki, Nantaketdə (Massaçusets ştatı) istirahət zamanı Cons qızı ilə Atlantik okeanında üzüblər və hər şeyi ştativə bərkidilmiş GoPro kamerası ilə çəkiblər. Bir anlıq onlar güclü axına düşüblər. Erin boğulmağa başlayıb, amma ata ona selfi çubuğunu uzadıb və beləliklə, ona sahilə qədər üzməyə yardım edib. Qeyd edilir ki, Erin çimərliyə özü çıxıb, Derik isə son anda sahildən uzaqlaşıb. Sudan çıxmağa ona digər istirahət edənlər və xilasedicilər yardım ediblər. Bundan sonra keçmişdə dəniz piyadaçısı olan Cons bu hadisənin onun həyatında ən dəhşətli hadisə olduğunu söyləyib. Geri dön |