Ana Sayfa > İdman > Azərbaycan çempionatında yoluxma olarsa, hansı qərar veriləcək?
Azərbaycan çempionatında yoluxma olarsa, hansı qərar veriləcək?12-08-2020, 17:05. Yazar: sevinc1 |
"Hansısa komandada yoluxma olmasını istəməzdik". Qol.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib. O bildirib ki, belə bir hal baş verərsə, çempionatla bağlı daha üst qurumların qərar və tövsiyələrinə əməl edəcəklər. Musayevin sözlərinə görə, bu, PFL-dən asılı olmayacaq. Premyer Liqa ilə bağlı sponsorluq məsələsinə də toxunan Musayev bunun yenidən gündəmə gələ biləcəyini istisna etməyib: "Pandemiya hamı kimi, bizə də təsir etdi. Bir şirkətlə martda uzunmüddətli müqavilə planlaşdırırdıq. Ola bilər ki, onlarla yenidən danışıq aparıb müqavilə bağladıq". aia.az Geri dön |