Ana Sayfa > Karusel / Cəmiyyət > Baş Prokurorluqdan 16 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı

Baş Prokurorluqdan 16 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı


12-08-2020, 16:30. Yazar: sevinc1
Baş Prokurorluqdan 16 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı


Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaqda təqsirləndirilən şəxsin məhkəmənin hökmü ilə biril müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, Şəfahət Məmmədovun Cinayət Məcəlləsinin152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq tamamlanmaqla ittiham aktı 16 iyun 2020-ci il tarixdə Lerik rayon prokuroru tərəfindən təsdiq edilərək iş baxılması üçün aidiyyəti üzrə Lerik rayon məhkəməsinə göndərilib.

Məhkəmənin 30 iyul 2020-ci il tarixli hökmü ilə Şəfahət Məmmədov Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirli bilinərək ona biril müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Hökmdən dövlət ittihamçısı tərəfindən Şəfahət Məmmədova təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.

aia.az
Geri dön