Ana Sayfa > Karusel / Gündəm > Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir

Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir


12-08-2020, 12:49. Yazar: sevinc1
Türkiyə Milli Müdafiə naziri və Baş Qərargah rəisi Azərbaycana gəlir



Avqustun 12-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfərə gəlir.

Müdafiə Nazirliyindən aia.az-a verilən məlumata görə, Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

aia.az
Geri dön