Ana Sayfa > Manşet / Siyasət > Mövlud Çavuşoğlu:

Mövlud Çavuşoğlu:


11-08-2020, 13:27. Yazar: sevinc1
Mövlud Çavuşoğlu:



12 iyulda Ermənistan qardaş Azərbaycan torpaqlarına hücum edib.

Trend-in məlumatına görə, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib

Onun sözlərinə görə, o gün nə demişdiksə bu gün də bunu deyirik. Qardaş Azərbaycan yalnız deyil, bütün imkanlarımızla qardaş Azərbaycanın yanındayıq, yanında olmağa da davam edəcəyik:

"Ermənistan illərdir, qardaş Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır və bu günə qədər bütün beynəlxalq qərarlara baxmayaraq Ermənistan bu münaqişənin həllində maraqlı deyil. Ermənistanın bu təxribatı da bir daha Ermənistanın əsl məqsədlərini göstərmişdir.

Bu münqaişə bu günə kimi niyə həll olmayıb? Bu sualın cavabı beynəlxalq ictimaiyyətin, xüsusən də Minsk qrupunun səmimi bir şəkildə bu müaniqşənin həlli üçün çalışmamasıdır".

aia.az
Geri dön