Ana Sayfa > Karusel / Media > Səma cisimlərinin adları dəyişdirilir

Səma cisimlərinin adları dəyişdirilir


7-08-2020, 10:51. Yazar: sevinc1
Səma cisimlərinin adları dəyişdirilir


NASA göy cisimlərinə illər əvvəl verdiyi "irqçilik və ayrı-seçkilik” təşkil edən adları dəyişəcəyini açıqlayıb.

"HaberGlobal” məlumat verir ki, bunlara "Eskimo Dumanı”, "Siyam Əkizləri Qalaktikası” kimi adlar daxildir.

NASA bu istiqamətdə ilk addım olaraq "NGC-2392”yə verilən "Eskimo Dumanı” adını dəyişdirməyə qərar verib.

Eskimo Arktika bölgələrinin yerli əhalisinə verilən ad olaraq, irqçi mənşəli müstəmləkə termini qismində qəbul edilir.
Əvvəllər ABŞ və Danimarkadakı anti-irqçi fəallar dondurma istehsalçılarına məhsullarını "eskimo” adlandırmağı dayandırmaq üçün təzyiq göstəriblər.

Təşkilatın açıqlamasına rəğmən, veb-saytda bu "irqçi” adın hələ dəyişdirilmədiyi görünür.



aia.az
Geri dön