Ana Sayfa > Karusel / Gündəm > ÜST:
ÜST:7-08-2020, 10:01. Yazar: sevinc1 |
![]() Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 259 mindən çox artıb. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Avqustun 5-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 259 344 nəfər yeni koronavirusa yoluxub, 6 488 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 18 614 177, ölənlərin isə 702 642 nəfərə çatıb. Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 981 204 yoluxma və 372 008 ölüm halı. İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 477 225, ölənlərin sayı isə 215 168 nəfərə çatıb. Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 360 721 yoluxma və 49 572 ölüm halı qeydə alınıb. Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır. aia.az Geri dön |