Ana Sayfa > İdman > Avropa Liqasında 1/8 final mərhələsi başa çatır:
Avropa Liqasında 1/8 final mərhələsi başa çatır:6-08-2020, 11:36. Yazar: sevinc1 |
Futbol azarkeşlərinin çoxdan gözlədiyi avrokubok qarşılaşmaları ötən gündən etibarən start götürüb. Oxu.Az xəbər verir ki, ötən gecə UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində dörd qarşılaşma keçirilib. Bu gün isə daha dörd oyun keçiriləcək və 1/4 finalın bütün cütlükləri bəlli olacaq. Bərpa olunan mövsümün ilk iki qarşılaşması eyni hesabla başa çatıb – 3:0. Belə ki, ilk qarşılaşmada doğma meydanda qazanılmış bir topluq üstünlük (1:0) olsa da, hazırkı Türkiyə çempionu “Başakşehir” “Kopenhagen” səddini keçə bilməyib. Evində “Şaxtyor”a ilk matçda 1:2 hesabı ilə uduzan “Volfsburq”da Ukraynada böyük hesablı məğlubiyyətdən yaxa qurtara bilməyib. Gecənin oyunlarında isə, xəbər verdiyimiz kimi, “İnter” və “Mançester Yunayted” növbəti mərhələyə adlayıblar. “İnter” “Hetafe”dən, “Mançester Yunayted” isə LASK-dan üstün olub. Avropa Liqasında həyəcan bu gün keçiriləcək dörd matçla davam edəcək: 21:55 “Bayer” (Leverkuzen, Almaniya) - “Reyncers” (Şotlandiya) (ilk oyunun nəticəsi - 3:1) 21:55 “Sevilya” (İspaniya) - “Roma” (İtaliya) (Matç Almaniyanın Duysburq şəhərində keçiriləcək. İlk oyun oynanılmayıb və cütlüyün taleyi bir oyunda həll ediləcək) 00:00 “Bazel” (İsveçrə) - “Ayntraxt” (Almaniya) (ilk oyunun nəticəsi - 3:0) 00:00 “Vulverhempton” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) (ilk oyunun nəticəsi - 1:1) aia.az Geri dön |