Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü
Azərbaycanda daha 193 nəfər koronavirusa yoluxdu, 492 nəfər sağaldı, 3 nəfər öldü5-08-2020, 16:15. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 193 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 33 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 28 840 nəfər müalicə olunaraq sağalıb, 476 nəfər vəfat edib, aktiv xəstə sayı 3 787 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 883, ötən müddət ərzində isə ümumilikdə 759 129 test aparılıb. aia.az Geri dön |