Ana Sayfa > Siyasət > Komitə sədri:
Komitə sədri:5-08-2020, 11:35. Yazar: sevinc1 |
Yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına, dünya enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. Pandemiya Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən növbədənkənar iclasında deyib. O qeyd edib ki, istər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib: "Son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlandı və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edildi". aia.az Geri dön |