Ana Sayfa > Təhsil > Qazaxda yeni məktəb binası tikiləcək -

Qazaxda yeni məktəb binası tikiləcək -


4-08-2020, 16:38. Yazar: sevinc1
Qazaxda yeni məktəb binası tikiləcək -


Prezident İlham Əliyev “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

aia.az-ın məlumatına görə, Sərəncama əsasən, “Qazax şəhərində Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 mart tarixli 1899 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 284) adında, 1-ci və 3-cü hissələrində “əsaslı təmiri” sözləri “sökülərək yenidən tikilməsi” sözləri ilə əvəz edilir.

aia.az
Geri dön