Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > "Payız-qışda virus infeksiyalarının artması qaçılmazdır"

"Payız-qışda virus infeksiyalarının artması qaçılmazdır"


3-08-2020, 18:11. Yazar: sevinc1
"Payız-qışda virus infeksiyalarının artması qaçılmazdır"



"May ayında yumşalma nəticəsində xəstə sayında artım olmuşdu. Ümid edək ki, anoloji vəziyyət bu dəfə olmayacaq".

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Pandemiya ilə mübarizəyə hər zaman hazırıq. Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının artması qaçılmazdır. Əgər koronavirusla mübarizədə tələb olunan qaydalara ciddi əməl etsək, digər viruslara qarşı da mübarizə apara bilərik. Maskadan hamı istifadə etməli, gigiyenik qaydalar nəzərə alınmalı və sosial məsafə mütləq qorunmalıdır".

AİA.Az
Geri dön