Ana Sayfa > Manşet / Ölkə > "Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur"

"Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur"


3-08-2020, 17:43. Yazar: sevinc1
"Çimərliklərə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur"\



Çimərliyə getmək üçün xüsusi icazəyə ehtiyac yoxdur, "Cimerlik.az" portalı, sadəcə, çimərliklərdəki mövcud vəziyyəti öyrənmək üçün yaradılıb.

AIA.Az Trend-ə istinadən bildirir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, çimərliklər insanların sayına əsasən saytda yaşıl, sarı, qırmızı rənglərdə göstəriləcək. Əgər çimərlik dolu olarsa, vətəndaş bunu əvvəlcədən biləcək. Bu çimərliklər pandemiya tələblərinə uyğun olaraq fəaliyyət göstərirlər: "Əgər bir çimərliyin tutumu 500 nəfərlikdisə, 501-ci adam çimərliyə buraxılmayacaq və digər çimərliyə getməsi xahiş olunacaq".

AIA.Az
Geri dön