Ana Sayfa > Karusel / Media / Dünya > Tramp Tiktoka qadağa qoymaq istəyir
Tramp Tiktoka qadağa qoymaq istəyir1-08-2020, 13:00. Yazar: sevinc1 |
ABŞ Prezidenti Donald Tramp, ABŞ-da Çin şirkətinə məxsus TikTok tətbiqinin istifadəsini qadağan etməyi planlaşdırır. AİA.Az xəbər verir ki, bu barədə "The Hill" nəşri xəbər verib. "TikToka gəldikdə, ABŞ-da bunu qadağan edəcəyik",-deyə Tramp açıqlamasında bildirib. Trump, fövqəladə iqtisadi səlahiyyətlərdən istifadə etməklə və ya şənbə günü bir fərman imzalamaqla ABŞ-da tətbiqetməni rəsmi olaraq qadağan edə biləcəyini bildirib. Nəşrin verdiyi məlumata görə, Tramp həmçinin bildirib ki, o tətbiqin hər hansı bir ABŞ şirkəti tərəfindən alınması təklifini də dəstəkləmir. Qeyd edək ki, daha əvvəl Donald Tramp ABŞ hökumətinin Çin sosial şəbəkəsi – “TikTok”a qarşı mümkün tədbirlər görməyə hazırlaşdığını açıqlamışdı. ABŞ-ın İT nəhəngi "Microsoft" şirkəti isə TikTok-un alınması ilə bağlı Çinin "ByteDance" şirkəti ilə danışıqlar apardığını bildirmişdi. AİA.Az Geri dön |