Ana Sayfa > Karusel / Ölkə > Azərbaycanda 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı, 3 nəfər öldü


30-07-2020, 17:45. Yazar: sevinc1
Azərbaycanda 339 nəfər koronavirusa yoluxdu, 673 nəfər sağaldı, 3 nəfər öldü



Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 339 yeni yoluxma faktı qeydə alınıb, 673 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 31 560 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 168 nəfər müalicə olunaraq sağalıb, 441 nəfər vəfat edib, 5 951 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 532, ötən müddət ərzində isə ümumilikdə 717 164 test aparılıb.

aia.az
Geri dön