Ana Sayfa > Gündəm / Aia TV / Karusel > VİTRFitness klubumuz ətrafındakı qalmaqal
VİTRFitness klubumuz ətrafındakı qalmaqal17-03-2016, 18:51. Yazar: admin |
Dostlar, xeyli vaxtdır VİTRFitness klubumuz ətrafındakı qalmaqala şahidlik edirsiz. Tam məsuliyyətlə deyirəm ki, baş verənlərin əsas günahkarı Rüstəm Abdullayevdir. Onun əsas məqsədi yaratdığımız klubu əlimizdən almaqdır. Çünki qısa müddətdə uğur qazandıq, xeyli sayda vətəndaşlarımız klubumuzun xidmətlərindən istifadə edirdi. Biznesin gəlir gətirdiyi ortada idi və Rüstəm Abdullayev qeyri-qanuni yollarla ona sahiblənmək istədi. Kluba verilən elektrik xəttinin kəsilməsi məqsədlidir, heç bir icarə öhdəliklərinin pozulmasından söhbət gedə bilməz. Əksinə, icarâyâ veran öhdəlikləri pozur, fəaliyyətimizə əngəllər törədir, əleyhimə qara piar kompaniyası təşkil edir. Burdan bəyan edirəm ki, zərərçəkən bizik. Faktiki olaraq klubumuzun elektrik xətti kəsilib, müştərilərimiz azalıb, götürdüyümüz kreditlərin ödənməsi və işə qoyduğumuz vəsait risk altındadır. Müxtəlif media qurumlarında və sosial şəbəkələrdə haqqında səslənən əsassız ittihamlara cavab vermək istətirəm. İlk olaraq qeyd edim ki, Allahın verdiyi fiziki gücdən heç vaxt ədalətsizliyə xidmət etməmişəm. Qazandığım uğurları ölkəmizin və dövlətimizin uğuru hesab etmişəm. Ağac bar gətirdikcə başını əyər prinsipi əsas prinsipim olub. Heç kim deyə bilməz ki, mən kiməsə fiziki gücümdən istifadə edərək zor tətbiq etmiş və ya iradəmi qəbul etdirmişəm. Məni tanıyan insanlar, ictimaiyyətin etimad etdiyi şəxslər bunu təsdiqləyə bilər. Gərəkli bilsək bunu təsdiq edəcək fakrları ortaya qoyacağıq. Haqqımda səslənən ittihamlardan biri Cənab Prezidentin adından istifadə etməyimlə bağlı iddialardı. Bəli mən Cənab Prezidenti dəstəkləyən, ona sonsuz sayğısı olan bir adamam. Ölkəmizin uğurlarının əsas müəllifi rəhmətlik Heydər Əliyev və Cənab Prezidentdir. Mən kasıb bir ailənin övladı olaraq idmanda uğurlar qazandıqca, Dövləti idarə edən bu şəxsiyyətlər mənə hərtərəfli qayğı göstərmiş və məni ucaltmışdır. Tərbiyəm və əxlaqım imkan verməz ki, mənə göstərilən etimaddan sui istifadə edim. Haqqımda səslənən növbəti ittiham Vergi məmuru kimi biznes fəaliyyəti ilə məşğul olmağımdır. Qeyd edim ki, bu biznes həyat yoldaşımın adınadır, mən peşəkar idmançı kimi ona bu sahədə köməklik göstərirəm. Qeyd edim ki, müştərilərimizin xeyli hissəsi xanımlardı və biz klubumuzda yenilikləri tətbiq edərkən mental qaydalara tam riayət edirik. Gərəkli bilsək müştərilərimizin bizi necə ürəklə və təmənnasız dəstəkləməsi ilə bağlı faktları təqdim edəcəyik. Biznes fəaliyyəti ilə məşğul olmaq istəyən xanımıma mənim köməyim peşəkar idmançının göstərə biləcəyi köməklik olub. Səsləndirilən ittihamlardan biri budur ki, biz işıq generatorundan istifadə etmişik. Qeyd edim ki, biz buna məcbur qalmışıq. Elekteik xəttinin kəsilməsi klubun fəaliyyətinin tamamən dayanması deməkdir. Bu isə o anlama gəlirki, biz müştərilərimizi itiririk və biznes olaraq ciddi itkilər veririk. Qeyd edim ki, ora ciddi sərmayə qoyulub və bunun çox hissəsi bankdan götürülən kreditlərdi. Hesab edirəm ki, icarədarla mübahisəmizin həll olunmasına qədər işıq generatorundan istifadə etməyimiz anlayışla qarşılanmalıdır. Səsləndirilən ittihamlardan biri də budur ki, guya biz Altes Qrupun fəaliyyətinə maneçilik törətməklə sahibkarlığa əngəllər yaradırıq. Halbuki, onlar faktiki olaraq bizim sahibkarlıq fəaliyyətimizi əngəlləyib, əllərində olan imkanlatdan istifadə edərək klubumuzu çökdürmək və ona sahiblənmək istəyirlər. Son günlər ictimailəşən bu müzakirələr nəticəsində, çoxlu sayda insanlar bizimlə əlaqə yaratmış və Rüstəm Abdullayevin əməllərinə dair ciddi faktlar təqdim etmişlər. Altes Qrupun əvvəllər payçısı olmuş və ya onunla əməkdaşlıq etmiş xeyli sayda insan müxtəlif formalarda aldadılmış və zərərə düşmüşdür. Gərəkli bilsək biz bununla bağlı dəhşətli faktları ictimailəşdirəcəyik. Sonda onu qeyd edim ki, klubumuzu qeyri-qanuni yollarla mənimsəmək istəyi Rüstəm Abdullayevin köhnə əməllərinin davamıdır. Müəyyən adamlara arxalanaraq adamların vəsaitlərini mənimsəmək, ölkədən didərgin salmaq, aldatmaq kimi ciddi faktlar və iddialar var. Altes Qrupun bank hesabları və möhürünə həbs qoyulmuş, ciddi öhdəlikləri mövcuddur. Bütün bunlara rəğmən hesab edirəm ki, bu çəkişmələr durdurulmalı, klubumuza elektrik xəttinin verilişi bərpa olunmalı, öhdəliklərə əməl edilməlidir. İnanmaq istəyirəm ki, hamı məsuliyyətini dərk edəcək. Geri dön |