Ana Sayfa > Ölkə > Ağstafada vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi məqsədilə sosial aksiya keçirilib

Ağstafada vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi məqsədilə sosial aksiya keçirilib


30-07-2020, 13:37. Yazar: sevinc1
Ağstafada vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi məqsədilə sosial aksiya keçirilib




Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə vətəndaşların koronavirus infeksiyasının profilaktikasına dair maarifləndirilməsi tədbirlərinə dəstək məqsədilə Ağstafa şəhərində sosial aksiya keçirilib. Dövlət-biznes əməkdaşlığı çərçivəsində həyata keçirilən maarifləndirici aksiya çərçivəsində KOB dostları və könüllülər tərəfindən ticarət və xidmət obyektlərinə yaxın yerlərdə, parklarda vətəndaşlarla xüsusi karantin rejimi qaydalarına dair maarifləndirici söhbətlər aparılıb, iki minə yaxın tibbi maska paylanılıb.

aia.az










Geri dön