Ana Sayfa > Manşet / Ölkə > Meliorasiya və Su Təsərrüfatı:
Meliorasiya və Su Təsərrüfatı:30-07-2020, 11:32. Yazar: sevinc1 |
Suvarma probleminin həll edilməsi üçün kiçik sututarların yaradılması qarşıya qoyulan məqsədlərdəndir. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətindən aia.az-a verilən məlumata görə, su anbarlarından fərqli olaraq, kiçik sututarlar daha qısa zaman ərzində və daha az maliyyə vəsaiti ilə yaradılır: "Suyun bol olduğu dövrdə həmin sututarlara su toplanılır və su qıtlığı yaranan zaman həmin mənbələrdən istifadə edilir: “Ölkə üzrə 135 sututar və su anbarı var. İndiyədək bir çox sututarlar tikilib. Onların bəziləri əsaslı təmir edilib. Məsələn, Masallıda 32, Şamaxıda 8 sututarı təmir edilir. Sututarları sayı nə qədər çox olarsa, bizim su ehtiyatımız və balansımız bir o qədər çox olar”. aia.az Geri dön |