Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə son statistikası30-07-2020, 11:25. Yazar: sevinc1 |
Azərbaycanda koronavirusa yoluxanların 56.5 faizi Bakının payına düşür. Trend-in məlumatına görə, yoluxmanın 6.9 faizi Gəncə-Qazax, 16.5 faizi Abşeron yarımadası, 8.7 faizi Aran zonası, 4.6 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 0.8 faizi xaricdən gələnlərdir. Hazırda ölkə üzrə yoluxma hallarının 1.5 faizi Şəki-Zaqatala, 2 faizi Quba-Xaçmaz, 0.9 faizi Yuxarı Qarabağ bölgəsində, 1,6 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Naxçıvanda yoluxma 0 faizdir. Xatırladaq ki, iyulun 30-na qədər Azərbaycanda ümumi 31 221 nəfər koronavirusa yoluxub. Onlardan 24 495 nəfər sağalıb, 438 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 6 288 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 708 min 632 nəfər üzərində koronavirus testi keçirilib. aia.az Geri dön |