Ana Sayfa > Karusel / Səhiyyə > ÜST:

ÜST:


30-07-2020, 09:57. Yazar: sevinc1
ÜST:


Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 215 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyulun 28-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 215 127 nəfər yeni koronavirusa yoluxub, 5 274 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 16 558 289, ölənlərin isə 656 093 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 8 840 524 yoluxma və 342 635 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 261 042, ölənlərin sayı isə 210 897 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 1 92 056 yoluxma və 42 233 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

aia.az
Geri dön